Penalti verən hakimlə məzələndilər
16.05.2012 - 23:06
Əlcəzair çempionatının 28-ci turu çərçivəsində keçirilən “USM Alger” - “JSM Bejaya” oyununda maraqlı epizod qeydə alınıb. Apasport.az saytının xəbərinə görə, qonaqların 4:3 hesabı ilə qalib gəldiyi görüşdə baş hakim 3 dəfə meydan sahiblərinin lehinə penalti qərarı verib.
Üçüncü halda rəqib komandanın bütün futbolçuları etiraz əlaməti olaraq baş hakimi alqışlayıblar. Futbol qaydalarına görə, hakimi alqışlayan oyunçu sarı vərəqə ilə cəzalandırılmalıdır.
Lakin baş hakim komanda şəklində alqışlandığı üçün futbolçuları cəzalandırmaqda aciz qalıb.

0
0