“Qəbələ”yə yeni məşqçi gəlir
16.05.2012 - 23:00
“Qəbələ” klubuna yeni məşqçi cəlb olunacaq. Apasport.az saytının xəbərinə görə, bu haqda komandanın baş məşqçisi Fatih Kavlak məlumat verib. O bildirib ki, bu məsələyə yaxın günlərdə aydınlıq gələcək: “Ötən mövsüm məşqçilər korpusunda yer alan İbrahim Bakır və qapıçı məşqçisi Vüqar Məmmədovla yolumuza davam edəcəyik. Sadəcə, korpusumuza bir yerli məşqçi də əlavə etməyi planlaşdırırıq. Bu məsələyə də yaxın vaxtlarda aydınlıq gələcək”.
0
0