“Olimpiakos”un sabiq baş məşqçisi “Bakı”ya gəlir!?
17.05.2012 - 08:29
“Bakı”nın yeni baş məşqçisi serbiyalı Bojidar Bandoviç ola bilər. Apasport.az saytının məlumatına görə, Yunanıstanın “Olimpiakos” klubunun 43 yaşlı sabiq çalışdırıcısı yenidən “zolaqlılar”ın maraq dairəsinə düşüb. Aleksandr Starkovun istefasından sonra mövsümün axırına kimi baş məşqçi funksiyasının icrasını Novruz Əzimova tapşıran paytaxt klubunun yeni əcnəbi çalışdırıcısının Bandoviç olacağı gözlənilir. Əslində o, “Bakı”ya yaxşı tanışdır. Belə ki, komanda 2010-cu ilin yayında Avroliqaya vəsiqə qazananda baş məşqçi postuna Bandoviçin namizədliyi olsa da, sonda almaniyalı Vinfred Şaferin xeyrinə seçim edildi.
1969-cu il avqustun 30-da artıq tarixin yaddaşına köçən Yuqoslaviyada anadan olan Bandoviç vətənində başladığı futbolçu karyerasını Yunanıstanda bitirib. “Staumers (1986-89), “Sutyeska” (1989-92), “Srvena Zvezda” (1992-95) klublarında oynayan müdafiəçi 15 il əvvəl vətənini tərk edib. Bunadək 1995-ci ildə Serbiya çempionu, 1993 və 1995-də ölkə kubokunu qazanıb. Serbiyalı Yunanıstanda “Etnikos” Pirey (1995-96), “Paniliakis” (1996-97, 2001-02), “Olimpiakos” (1997-98), PAOK (1998-2000), “Etnikos” Asteras (2001-02) klublarında oynadıqdan sonra karyerasını bitirib.
Bandoviç baş məşqçi kimi 2009-cu ilin sentyabrında debüt edib. O, “Olimpiakos” klubundan istefaya göndərilən gürcüstanlı Temuri Ketsbayanın gedişindən sonra 6 günlük baş məşqçi vəzifələrini icra edib. Sentyabrın 15-20-si aralığında olan dövrdə serbiyalı komandasının 2 qələbəsinə sevinib. Lakin bu qələbələr də onun baş məşqçi kimi qalmasına kömək etməyib. Yunanlar əfsanəvi Zikonu bu posta gətirib. 2010-cu ilin yanvarın 19-da isə braziliyalı istefaya göndərilib və Bandoviç baş məşqçi təyin olunub. O, 2010-cu ilin noyabrından 2011-ci ilin noyabrına kimi Yunanıstanın digər klubu “Kerkira”nı çalışdırıb. Bandoviçin sonuncu iş yeri bu il Yunanıstanda “Larisa” klubunun baş məşqçisi postu olub.
Qeyd edək ki, serbiyalı “Srvena Zvezda”dakı çıxışları ilə tanınan digər futbolçu Neboyşa Bandoviçin kiçik qardaşıdır.

0
0