“Liverpul” baş məşqçisini istefaya göndərdi
17.05.2012 - 08:36
“Liverpul” klubu baş məşqçisi Kenni Daqlişi istefaya göndərib. Apasport.az saytının məlumatına görə, klub 61 yaşlı şotlandiyalı mütəxəssislə bağlı çıxardığı qərarı rəsmən açıqlayıb. Liverpul təmsilçisinin rəhbərliyi artıq yeni baş məşqçi axtarışına çıxıb.
Komanda ötən çempionatı Daqlişin rəhbərliyi altında 8-ci yerdə bitirsə də, Liqa kubokunu qazandığından, mövsümü titulla başa vura bilib. O, “Liverpul”a 2011-ci ilin qışında, yaxında İngiltərə yığmasının baş məşqçisi təyin olunan Roy Consonun yerinə gəlmişdi. Özü də o, ötən yaz klubla müqaviləsini 2013-cü ilin yazına kimi uzatmışdı.
Rəhbərliyin çıxardığı qərara münasibətini bildirən Daqliş üzüldüyünü bildirib: “Mən” Liverpul”dan getdiyimə görə məyusam. Ancaq onu qeyd etməliyəm ki, bütün bu proses klub rəhbərliyi tərəfindən hörmətli və layiqli şəkildə edilib. Mən klubun bütün nümayəndələrinə, habelə azarkeşlərinə minnətdarlıq etmək istərdim. Onlarsız nə klub, nə də mən heç nəyə nail ola bilərdir”.

0
0