Yaponiya yığması millimizlə oyunun heyətini nə vaxt açıqlayacaq?
17.05.2012 - 09:41
Mayın 23-də Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Yaponiya milli komandasının heyəti hələ də açıqlanmayıb. Apasport.az saytının məlumatına görə, “Mavi samuraylar”ın baş məşqçisi Alberto Zakkeroni heyəti açıqlamağa tələsmir. İtaliyalı mütəxəssis qarşıdakı yoxlama, ardınca isə seçmə oyunlarda güvənəcəyi heyəti yalnız sabah açıqlamaq fikrindədir. Düzdür, Zakkeroni əvvəldən Avropa ölkələrində çıxış edən 18 oyunçuya dəvət göndərdiyini bildirmişdi.
0
0