Moskva “Dinamo”su Azərbaycan çempionu ilə anlaşdı
17.05.2012 - 10:50
Moskva “Dinamo”su Azərbaycan çempionu ilə anlaşdı
“Rabitə”nin yeni mövsümdə heyətində görmək istəmədiyi Nataşa Osmokroviç Rusiya klubunun maraq dairəsinə düşüb. Apasport.az sayrının məlumatına görə, 35 yaşlı xorvatiyalı voleybolçu artıq Moskva “Dinamo”su ilə anlaşıb.

Almaniyalı Angelina Qrünun karyerasını paytaxt təmsilçisində davam etdirmək istəməməsi isə “dinamoçular”ı belə addım atmağa məcbur edib. “Rabitə” ilə dünya və Azərbaycan çempionluğunu qazanan Osmokroviçin bu günlərdə rəsmi müqaviləyə imza atması gözlənilir.

Qeyd edək ki, ötən il “Azərreyl”in transfer siyahısında olan Qrünün də Azərbaycana gəlişi istisna edilmir.