Millimiz Moldova ilə heç-heçə oynadı
17.05.2012 - 19:45
Millimiz Moldova ilə heç-heçə oynadı
Azərbaycanın 17 yaşlılardan ibarət yığması Moldovadakı beynəlxalq turnirdə bu gün ikinci oyununu keçirib. Apasport.az saytının məlumatına görə, komandamızın "FA of Moldova Cup" turnirində növbəti rəqibi meydan sahibləri olub. Bakı vaxtilə saat 19:00-da başlayan qarşılaşmada qapılara top vurulmayıb - 0:0.

Qeyd edək ki, yığmamız ilk qarşılaşmada Rumıniyaya 2:3 hesabı ilə uduzmuşdu.

Futbolçularımız turnirdə növbəti oyununu mayın 19-da, Bakı vaxtı ilə saat 13:00-da Bolqarıstan yığmasına qarşı keçirəcək.