Ayın ən yaxşıları: Apreldə Çesnauskis, mayda Bonfim!
17.05.2012 - 12:40
Premyer Liqada başa çatan mövsümün son 2 ayının ən yaxşı futbolçuları ilə bağlı sorğu yekunlaşmaq üzrədi. Apasport.az saytının məlumatına görə, aprel üçün səsvermədə iştirak edənlərin böyük əksəriyyəti “Bakı”nın litvalı yarımmüdafiəçisi Deyvidas Çesnauskisə verib.
Hər halda, Litva yığmasının üzvü ötən ayın ən yaxşısı olmağa layiqdir. Belə ki, “Bakı”nın evdə “Xəzər Lənkəran”a qalib gəldiyi oyunda (4:1) etdiyi het-triklə qələbədə əsas pay sahibi olan legioner ardında Ağdamda da fərqləndi. Çesnauskis “Qarabağ”la Premyer Liqadakı səfər matçında hesab 1:1 olarkən, komandasını hesabda irəli çıxaran həlledici qolun müəllifi oldu. Nəticədə “zolaqlılar” səfərdə 4:2 hesablı qələbəyə sevindi.
Mayda isə səsvermə ilə bağlı vəziyyət fərqlidir. Belə ki, çempionat 5 gün öncə yekunlaşdığından bu ay cəmi 2 tur oynanılıb. Burada isə ən çox xalı 2 komanda - “Xəzər Lənkəran”la “Qəbələ” toplayıb.
Hərəyə 4 xal toplayan bu komandalardan cənublular rəqibindən fərqli, Avroliqaya çıxdı. Özü də bu, son turda “Qarabağ”la ev matçında 4:1 hesablı qələbə ilə reallaşdı ki, həmin oyun mayın həlledici matçı oldu.
Matçın qəhrəmanı isə “Xəzər Lənkəran”ın braziliyalı sağ cinah müdafiəçisi Eder Bonfim idi. O, vurduğu 2 gözəl qolla dubl etdi.

0
0