“İnter” Türkiyədə 2 yoxlama oyunu keçirəcək
17.05.2012 - 13:09
“İnter” Türkiyədə 2 yoxlama oyunu keçirəcək
Premyer Liqanın bürünc mükafatçısı “İnter”in Türkiyədə təlim-məşq toplanışı zamanı keçirəcəyi yoxlama oyunların sayı məlum olub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hazırda istirahət edən Kaxaber Sxadadzenin yetirmələri qonşu ölkədə 2 matçda qüvvələrini sınayacaqlar.

Təlim-məşq hazırlıq məqsədilə iyunun 1-də Türkiyəyə yollanacaq “bankirlər”in rəqiblərinin adı isə hələ dəqiqləşməyib.

Qeyd edək ki, “İnter” İzmit şəhəri yaxınlığındakı Kartepe rayon mərkəzində yerləşən otel stadionunda məşq prosesi keçəcək.