Futbol idarəçiliyi ilə bağlı növbəti təlim
17.05.2012 - 14:38
Futbol idarəçiliyi ilə bağlı növbəti təlim
Mayın 14-dən etibarən İngiltərənin London şəhərində “Futbol İdarəçiliyi Təlim Proqramı”nın növbəti mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, tədbirdə AFFA-nın “Neftçi”, “Qəbələ”, “Xəzər Lənkəran”, AZAL, “Qarabağ”, “İnter”, “Bakı”, “Turan” klublarının nümayəndələri iştirak edir.

“Futbol İdarəçiliyi Təlim Proqramı”nın əsas məqsədi Azərbaycanda futbol idarəçiliyi üzrə yüksək ixtisaslı kadrların hazırlanması, bu sahədə inkişafa nail olmuş ölkələrin təcrübəsindən yararlanmaqdır.

Qeyd edək ki, 2011-ci ilin fevral ayında AFFA-nın baş katibi Elxan Məmmədov Liverpul şəhərində eyniadlı universitetin futbolun idarə edilməsi üzrə proqram direktoru, professor Geoff Pirson ilə görüşmüş, Liverpul Universitetinin professorlarının Azərbaycana gələrək AFFA-nın, ölkə klublarının əməkdaşları və futbol ictimaiyyətinin nümayəndələri üçün müxtəlif idarəetmə sistemi üzrə müvafiq qruplar əsasında kurslar keçirməsi barədə ətraflı müzakirələr aparmışdı. Əldə olunmuş razılığa əsasən, AFFA, Liverpul Universiteti və FMMİ şirkətinin əməkdaşlığı çərçivəsində AFFA-nın “Futbol İdarəçiliyi Təlim Proqramı”nın giriş mərhələsinə 2011-ci il mayın 10-da start verilmiş, mayın 13-dək davam edən tədbirdə AFFA-nın və “Neftçi”, “Qəbələ”, “Xəzər Lənkəran”, AZAL, “Qarabağ”, “İnter”, “Bakı”, “Turan” klublarının nümayəndələri iştirak etmişdi.2011-ci il dekabrın 26-da AFFA-nın Futbol akademiyasında baş katib Elxan Məmmədov tərəfindən “Futbol İdarəçiliyi Təlim Proqramı”nın iştirakçılarına müvafiq diplomlar təqdim olunmuşdu.