“Xəzər Lənkəran” rekordunu yenilədi
17.05.2012 - 14:42
“Xəzər Lənkəran” rekordunu yenilədi
Premyer Liqanın son turunda qələbə qazanan “Xəzər Lənkəran” yeni rekord müəyyənləşdirib. Apasport.az-ın Lənkəran təmsilçisinin saytına istinadən məlumatına görə, komanda ardıcıl 3-cü dəfədir “altılıq” prinsipi ilə keçirilən final mərhələlərində özünün ən yaxşı nəticəsini göstərib.

2 il əvvəl həlledici matçlarda 12 xal toplayan Ağasəlim Mircavadovun yetirmələrinin nailiyyətini ötən il Mirça Rednikin komandası 1 xal yaxşılaşdırmışdı. Yunis Hüseynovlu komanda isə həmin nailiyyəti də 2 xal üstələdi. Qələbə sayını da rekord həddə - 4-ə çatdıran “Xəzər Lənkəran” qol sayında 2 il əvvəlki göstəricini təkrarladı.

Qeyd edək ki, komanda hər 3 halda mükafatlar uğrunda mübarizə aparan ilk “altılıq”da yer alıb.

“Xəzər Lənkəran” final mərhələlərində

2009/101033411-1012
2010/111027110-613
2011/121043311-915