Milli komanda üçün norma ilə top
17.05.2012 - 14:52
Milli komanda üçün norma ilə top
Avro-2012-nin final mərhələsinin hər oyunu üçün 20 ədəd “Tanqo 12” topu ayrılıb. Apasport.az saytının məlumatına görə, 31 qarşılaşma üçün rəsmi topların norma ilə verilməsi “Tanqo 12”lərin sayının məhdud olması ilə bağlıdır.

Belə ki, Polşa və Ukraynadakı yarış üçün cəmi 2000 top hazırlanıb. Final mərhələsinin püşkatmasından dərhal sonra hər milli komandaya 30 top verilib. Təşkilatçı ölkələrdəki hər məşq mərkəzinə 20 top veriləcək.

Finala çıxan komandalar qızıl və gümüş medallar uğrunda mübarizədən əvvəl topla da mükafatlandırılacaq. Belə ki, bu 2 komandanın hərəsinə final oyunu üçün hazırlanan 10 top da veriləcək.

Qeyd edək ki, “Tanqo 12”nin istehsalçısı olan “Adidas” şirkəti 1972-ci ildən avropa çempionatlarının toplarını hazırlayır.