“Premyer Liqanın səviyyəsi pis deyil”
17.05.2012 - 15:00
“Bakı” klubunun litvalı futbolçusu Deyvidas Çesnauskisin apasport.az saytına müsahibəsi
- Premyer Liqada aprel ayının ən yaxşı futbolçusu seçilmisiz. Yəqin bundan xəbərdarsız...
- “Xəzər Lənkəran”la qarşılaşmadan sonra mənə dedilər ki, apreldə fərqləndiyin üçün mükafat alacaqsan. Onda zarafat etdiklərini düşündüm. Ancaq siz də bunu qeyd edirsinizsə, deməli, düzdür və mənim üçün xoş xəbər oldu.
- Düzdü, səsvermənin nəticəsi rəsmən açıqlanmasa da, aprelin futbolçusu olmağa ən layiq sizsiz. Hər halda, 2 oyuna 4 qol vurmusunuz, “Xəzər Lənkəran”la matçda het-trik etmisiniz, “Qarabağ”la səfər qələbəsində həlledici qola imza atmısınız. Elə bizim sayt da məhz sizə səs verib...
- Öncə diqqətə, oyunumu qeyd etdiyinizə görə sizə minnətdaram. Ümumiyyətlə, mənə səs verənlərin hamısına təşəkkürümü bildirirəm. Ancaq şəxsi nailiyyətlərə elə də fikir vermirəm.
- Sizin üçün əsas komandanın uğurudur?
- Əlbəttə. Əslində, belə də olmalıdır. Biz futbolçular komandamızın daha yaxşı çıxış etməsinə çalışırıq. Ayın futbolçusu ilə bağlı mükafata sahib çıxsam, bu, mənim üçün xoş olacaq. Əks halda, ruhdan düşməyəcəyəm. Üzərimdə daha çox çalışıb, fərqlənməyə çalışacağam.
- Maraqlıdır, indiyədək karyeranızda belə mükafat olub?
- Belə deyim, məhz ayın futbolçusu seçilməmişəm. Ancaq Şotlandiyada - “Harts”da çıxış etdiyim oyunların birində ən yaxşı futbolçu kimi mükafata layiq görülmüşəm. Azərbaycanda bu mükafatı qazansam, bu, ilk olacaq.
- Bəs sizin fikrinizcə, apreldə ən yaxşı futbolçu kimdir?
- Konkret cavab vermək çətindir. Azərbaycan çempionatında yaxşı futbolçular var. Ola bilsin “Neftçi”dən Flavinyo, bizə qol vurub. Yaxud, “Qəbələ”dən sol cinah yarımmüdafiəçisi Dodo.
- Qalibə verilən 1111 manat rəmzi mükafata sahib çıxsanız. Onu hara xərcləyəcəksiniz?
- Bilmirəm. Ola bilər ki, kimlərəsə hədiyyələr aldım.
- Azərbaycandakı 1 illik karyeranızı necə xarakterizə edərdiniz?
- Karyeramı “Bakı”da davam etdirməyimdən məmnunam. Ölkəniz xoşuma gəlir. Azərbaycanda oynadığıma qərar verdiyimə görə üzülmürəm. Klub rəhbərliyi bizə yaxşı şərait yaradıb, onların diqqət və qayğısını hiss edirik.
- Premyer Liqa indiyədək çıxış etdiyiniz çempionatlar arasında hansı yeri tutur?
- İndiyədək səviyyəli çempionatlarda - Rusiya, Şotlandiya və Yunanıstanda oynamışam. Azərbaycan Premyer Liqasının səviyyəsi pis deyil. 6-7 komandanın səviyyəsi daha yaxşıdır.
- Sabiq baş məşqçiniz Starkovun vaxtında transfer olunduğunuzdan, onun gedişindən sonra çıxışınızda eniş gözlənilə bilərdi. Ancaq əksinə, daha yaxşı oynadığınız. Bu yüksəlişi nə ilə əlaqələndirərdiniz?
- Səbəbini deyə bilmərəm. Mənim üçün yeni ölkə olduğundan, Azərbaycana uyğunlaşmaq lazım idi. Bu üzdən ilk vaxtlar çətin idi. Ancaq sonradan bunlar arxa plana keçdi. Adaptasiya prosesini keçdim, özümə inamım artdı. Həm də mənim mövqeyim elədir ki, sağ cinahda çıxış edirəm və mərkəzdə oynayan futbolçulardan, onların ötürmələrindən asılıyam. Getdikcə fiziki hazırlığımı da artırdım və bunların hamısı vahid şəkildə cəmləşərək, müsbət nəticə verdi.
- Çempionatı 6-cı yerdə başa vursanız da, mövsümü titulla başa vura bilərsiniz. Bunun üçün “Neftçi” ilə Azərbaycan kubokunun bugünkü final oyununda qalib gəlməlisiniz. Şansınızı necə dəyərləndirərdiniz?
- Bu haqda fikir bildirmək istəməzdim. Hazırda bütün diqqətimizi oyuna yönəltmişik. Məni hazırda final matçında uğurlu çıxışımız düşündürür. Bundan sonra isə Avropada sınağımız olacaq.
- Avroliqada nəyə nail ola bilərsiniz?
- Baxaq, komandada hansı dəyişiklər olacaq.
- “Bakı”dakı gələcək taleyinizi necə görürsünüz?
- Hələ 1 illik müqaviləm var. Komandam məni saxlasa, məmnuniyyətlə çıxış edəcəyəm.
Mehman SÜLEYMANOV

0
0