“Qəbələ” rəhbərliyi daha 5 futbolçu ilə yollarını ayırır
17.05.2012 - 14:46
“Qəbələ” daha 5 futbolçu ilə yollarını ayırır. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisi son vaxtlar millimizə cəlb olunmayan müdafiəçi Saşa Yunisoğlu ilə yarımmüdafiəçi Arif İsayev, legionerlərdən şotlandiyalı qapıçı Qrem Smit, hollandiyalı müdafiəçi Stiv Olfers və yamaykalı hücumçu Con Bartonla başa çatan anlaşmanı uzatmayacaq.
Komandanın türkiyəli baş məşqçisi Fatih Kavlak əməkdaşımıza bildirib ki, gedən futbolçularla bağlı məsələyə yaxın günlərdə tam aydınlıq gələcək: “Bunun üzərində işləyirik və yolları ayırdığımız bütün futbolçuların siyahısını bir dəfəyə açıqlayacağıq. Komandanı gücləndirmək məqsədilə transfer edə biləcəyimiz futbolçulara baxırıq. Ola bilər ki, hansısa mövqeyə futbolçu ala bilmədik və sərəncamımızda olanı saxlamalı olduq. Buna görə də işlərimizi tam yekunlaşdırandan sonra heyətlə bağlı rəsmi açıqlamamızı verəcəyik”.
Bu 5 futbolçudan ötən çempionatda ən çox oynayan Olfers olub. 2 il öncə yayda Hollandiyadan gələn müdafiəçi 24 matç keçirib və digərləri ilə müqayisədə daha çox əsas heyətdə yer alıb. “Qəbələ”nin ən yaşlı futbolçusu olan 36 yaşlı Barton 21 oyunda meydanda olub. Yunisoğlu 17, İsayev 12, Smit 7 matç keçirib.
Qeyd edək ki, “Qəbələ” bunadək latviyalı Pavel Doroşev, serbiyalılar - müdafiəçi Lyubo Baranin, yarımmüdafiəçi Veselko Trivunoviç, qvineyalı Abdulkader Kamara ilə kapitanı Mahir Şükürovla yollarını ayırmışdı.

0
0