Daha bir futbolçu milli komandamızın toplanışından kənarda qaldı
17.05.2012 - 14:59
“İnter”in futbolçusu Nizami Hacıyev Azərbaycan milli komandasının növbəti təlim-məşq toplanışında iştirak etməyəcək. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi əməliyyat olunduğu üçün mayın 20-dən 31-dək olan hazırlıq prosesinə qatıla bilməyəcək.
Nizami bu toplanışa baş məşqçi Berti Foqts tərəfindən ehtiyat oyunçu kimi dəvət olunmuşdu. Millimiz bu toplanış çərçivəsində millimiz mayın 23-də Şizuoka şəhərində Yaponiya, mayın 30-da isə Frankfurt şəhərində Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Qeyd edək ki, millimizdən bunadək müdafiəçilər Rəşad Sadıqovla Vurğun Hüseynov zədə səbəbindən kənarda qalmışdı.

0
0