AZAL - ikisi gəldi, biri getdi
17.05.2012 - 16:25
AZAL 2 futbolçu ilə müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Ruslan Məcidov və Yasin Abbasovu heyətinə qatıb.
Ötən mövsümü “Sumqayıt”da keçirən Məcidovla 1 illik müqavilə imzalanıb. Arxada qalan çempionatda həm “Gənclik şəhəri” təmsilçisi, həm də “Turan”da oynamış Yasinlə 2 illik anlaşma əldə olunub.
AZAL artıq 1 futbolçu ilə yollarını ayırmağa qərar verib. Bu, Hüseyn Axundovdur. Komandanı tərk edəcək digər oyunçuların adları isə gələn həftə açıqlanacaq.
Bakılıların yeni mövsümə hazırlıq planının da həmin vaxt açıqlanacağı məlumdur. Lakin indidən bilinir ki, AZAL ölkə xaricində 2 təlim-məşq toplanışı keçirmək fikrindədir.
Bunların birincisi Türkiyədə baş tutacaqsa, digərinin yeri hələ dəqiqləşməyib.

0
0