“Baş məşqçi postunda hər an dəyişiklik ola bilər” - MÜSAHİBƏ
17.05.2012 - 23:02
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun apasport.az saytına müsahibəsi
- Mövsümə “qızıl oyun”la yekun vuruldu. Öncə təəssüratlarınızı bilmək maraqlı olardı.
- Ümumi götürdükdə, 2011/12-ci il mövsümünü beynəlxalq aləmdə həm yığma, həm də klub baxımından uğursuz hesab edirəm. Çünki 2010/11-ci ildə qazandığımız uğurları yeniləyə bilmədik. Təbii ki, buraxılan səhvlərdən nəticə çıxaracağıq. Milli çempionata gəlincə, bu il maraqlı mübarizə getdiyini düşünürəm. Çempionun adı son tura qədər müəyyənləşmədi. Nəticədə “qızıl oyun” keçirildi. Bu da Azərbaycanda futzala marağın artmasını sübut edir.
- Son illər “Araz” finişə bir neçə tur qalmış çempionluğu bayram edirdi. Amma bu dəfə “qızıl oyun”a ehtiyac oldu. Necə düşünürsüz, rəqabət artıbmı?
- Əlbəttə. Həm “Araz”, həm də “Neftçi” İSM mövsümü eyni xalla qapadı. “Neftçi” əvvəlcə “Araz”ı məğlub etdi, ikinci dövrədə isə yenildi. Artıq hər bir komanda rəqibinə müqavimət göstərməyə çalışır. Bu da futzalın inkişafına istiqamətlənib.
- Hələlik rəqabət 2 komanda arasında gedir. Bu, komandalar arasında uçurumun olması anlamına gəlmirmi?
- Açığı son 4-5 tura qədər “Ekol”un da nəsə edəcəyini gözləyirdim. Çünki qış fasiləsində onlar heyətlərini gücləndirmişdilər və yaxşı da oyun nümayiş etdirirdilər. Nədənsə sona yaxın büdrədilər. Bilmədim, fiziki gücləri çatmadı, yoxsa taktiki planda axsamalar oldu. Amma federasiya rəhbəri kimi, “Ekol”dan razı qaldığımı deməliyəm. Bundan başqa, “Qala”nın da adını çəkməliyəm. Artıq komandanın bir neçə futzalçısı yığmaya da cəlb edilib. Ümidvaram ki, gələn mövsüm üçün komandalar daha çox çalışıb, daha yaxşı oyun göstərəcəklər.
- Komandaların sayını artırmağı düşünürsüzmü?
- Çalışacağıq ki, iştirakçı komandaların sayını artıraq. Hazırda bütün iştirakçılar istirahətə buraxılıb. Təxminən bir ay, ay yarımdan sonra istirahət başa çatacaq. Biz də federasiya olaraq müəyyən işlər görəcəyik. Aşağı dəstədən və həvəskarlar liqasından bir neçə komandanı güclülər dəstəsinə dəvət edəcəyik.
- Qarşıda kubok oyunları var. Həmin cəbhədə mübarizə necə gedir?
- 1/4, yarımfinal və final oyunları qalıb. Orda birinci liqa təmsilçisi də var. Onlar da özlərini yaxşı tərəfdən göstərmək istəyirlər. Digər yandan əldə etdiyim məlumata görə, “Araz”ın legionerləri ölkələrinə yola düşürlər. Bu da öz sözünü deyəcək. Digər klublar bundan faydalanmağa və kuboku qazanmağa çalışacaqlar.
- Yeri gəlmişkən, Tümendə Rusiya ilə oyundan sonra yığmanın baş məşqçisi postunda dəyişiklik ola biləcəyini istisna etməmişdiz. Artıq 1 aydan çox vaxt keçsə də, bununla bağlı hansısa mövqe, qərar yoxdur. Məsələ qapanıbmı?
- Mövsüm başa çatsa da, Alesio da Silvanin yanvar ayına qədər müqaviləsi var. Amma bu mövzu hələ bağlanmayıb. “Yığmanın baş məşqçisi məsələsində hər an dəyişiklik ola bilər. Təxminən bir aydan sonra AFFA rəhbərliyi ilə müzakirələr aparılacaq və bundan sonra onun qalıb-qalmayacağına aydınlıq gətiriləcək. İndi konkret heç nə deyə bilərəm.
- Hər cür qərar qəbul edilə bilər?
- Bəli, heç nə istisna deyil.

0
0