“Tofiq Bəhramov” dünyanın 12 ən yaxşı arenasından biri olacaq
17.05.2012 - 17:09
“Tofiq Bəhramov” dünyanın 12 ən yaxşı arenasından biri olacaq
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov və arenada inşaat işləri aparan Cənubi Koreyanın “Samxoa” şirkətinin nümayəndəsi Ki Çin Xonun iştirakı ilə brifinq keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə tikintinin gedişi ilə bağlı məlumat verilib.

Asiyalı qonaq arenanın tamaşaçı tutumunun da dəyişəcəyini açıqlayıb: “Bakıdakı stadion daha müasir şəkildə olacaq. Bu daha çox drenaj sisteminə aiddir. Onu deyə bilərəm ki, tikinti işləri bitən kimi stadion dünyanın ən yaxşı 12 arenasından birinə çevriləcək”.

Stadionun tamaşaçı tutumu 29870 nəfərdən 31800-ə qədər artırılacaq. Ailəvi oyun seyr etmək üçün 16 otaq da olacaq. Mətbuat üçün kompüterlərlə təchiz olunan 500 nəfərlik loja düzələcək.

Bundan başqa VİP-restoran və VİP-yerlər də olacaq. İşıq sütunları təmir olunub”.