12-ci qalib və ya yenə baş məşqçisiz
17.05.2012 - 23:07
“Bakı” klubunun baş məşqçi vəzifəsini icra edən Novruz Əzimov komandası ilə Azərbaycan kubokunun qalibi olan 12-ci çalışdırıcı olub. Apasport.az saytının məlumatına görə, XX kubokda keçirilən 19-cu finalda qalib məşqçilərin sayı 12-yə çatıb.
Baş məşqçilər arasında rekordçu isə Mehman Allahverdiyevdir. O, Ağasəlim Mircavadovdan cəmi 1 titul çox qazanıb.
Maraqlıdır ki, “Bakı” kuboku ardıcıl 2-ci dəfə baş məşqçisiz qazanır. 2 il əvvəl baş məşqçisi olmayan komanda bu vəzifəni müvəqqəti icra edən Cüneyt Biçərlə qazanmışdı.
Bu dəfə də baş məşqçisi olmayan komanda kuboka bu vəzifənin icracısı Novruz Əzimovla sahib çıxdı.
Qeyd edək ki, 2001/02 mövsümündə klublar AFFA-nı boykot edərək yarışı yarımçıq dayandırmış, sonradan özləri qeyri-rəsmi davam etdirdiyindən həmin turnir rəsmən bitmiş kimi tanınmır.
4 qat qaliblər
Mehman Allahverdiyev - 1993/94, 1996/97, 1997/98, 1999/2000
3 qat qaliblər
Ağasəlim Mircavadov – 1993, 2006/07, 2007/08
2 qat qaliblər
Kazbek Tuayev – 1995/96, 2003/04
Əsgər Abdullayev – 2000/01, 2004/05
1 dəfə kubok qazananlar
Məmmədəli Məmmədov – 1992
Vaqif Sadıqıv – 1994/95
Əhməd Ələsgərov – 1998/99
Böyükağa Ağayev - 2005/06
Qurban Qurbanov - 2008/09
Cüneyt Biçər – 2009/10
Mirça Rednik – 2010/11
Novruz Əzimov – 2011/12

0
0