Azərbaycan kuboku: Bombardir kimdi?
17.05.2012 - 23:05
Azərbaycan kuboku: Bombardir kimdi?
“Bakı” klubunun futbolçusu Junior Vilson Azərbaycan kubokunun ən yaxşı bombardiri olub. Apasport.az saytının məlumatına görə, “Neftçi” ilə final oyununda komandasının 2-ci qolunu vuran yarımmüdafiəçi yarışdakı toplarının sayını 3-ə çatdırıb.

Bunadək 1/4 final mərhələsinin AZAL-la cavab oyununda dubl edən Junior 3-cü qolunu vurmaqla, 2 qol vuran digər futbolçuları, o cümlədən 2-ci qolunu finalda vuran komanda yoldaşı Kontreras Pardo Sergionu (Koke) arxada qoyub.

Bu qarşılaşmayadək isə Serj Cehua (Qəbələ), Ceyhun Sultanov, Yuri Fomenko (hər ikisi “Kəpəz”), Bahodir Nasimov (Neftçi), Fair Əmirquliyev (Şahdağ), Röyal Nəcəfov (Şuşa), Katalin Doman, Rendall Brenes (hər ikisi “Xəzər Lənkəran”) hərəyə 2 qol vurmuşdular.