“Neftçi”də görünməmiş biabırçılıq: “Zəif”in istefası yetişir
17.05.2012 - 23:00
Azərbaycan kubokunun finalında “Bakı”ya 0:2 hesabı ilə uduzan “Neftçi” ardıcıl 3-cü məğlubiyyətini aldı. Apasport.az saytının hesablamalarına görə, aprelin 29-da çempionluğu bayram edən “ağ-qaralar” may ayında “qara günə” qaldı.
Belə ki, “Zəif” ləqəbli Böyükağa Hacıyevin yetirmələri bu müddətdə keçirdiyi bütün oyunlarda uduzub. Ayın 5-də Premyer Liqanın “Bakı” ilə matçında 0:2, 11-də “Qəbələ” ilə çempionat qarşılaşmasında 0:1 uduzan komanda indi də kubokda başıaşağı oldu.
2009-cu ilin sonunda “Neftçi”nin prezidenti seçilməklə klubun yeni – uğurlu dövrünə start verən Sadıq Sadıqov hələ belə uğursuzluq yaşamamışdı. Yəni, özünü “flaqman” adlandıran komanda Sadıqovun dövründə ardıcıl 3 oyunda uduzmamışdı.
Komanda üçün böyük işlər görən Sadıqov üçün görünməmiş bu uğursuzluq isə baş məşqçi istefası ilə də nəticələnə bilər.
Hər halda, artıq Hacıyevin istefası yetişir. Belə ki, ötən il çempion olduqdan sonra daxili arenada 3 oyunda qələbə qazana bilməyən, avrokuboklarda da bu uğursuzluğu davam etdirən Arif Əsədov qələbəsiz 5 oyundan sonra postundan qovulmuşdu.
Hərçənd, Əsədov 3 deyil, 2 məğlubiyyət görmüşdü. Artıq 3 yenilgisi olan Hacıyev avrokuboklarda mərhələ keçməsə, onu da eyni tale gözləyəcək.
Təbii ki, müqaviləsi bu günlərdə başa çatan çalışdırıcı postunda saxlanarsa. Yoxsa ki, ardıcıl 3 məğlubiyyətdən sonra Sadıqovun da səbr kasası daşa bilər.

0
0