Böyükağa Hacıyev: Qalıb-qalmayacağıma rəhbərlik qərar verəcək
17.05.2012 - 23:00
“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev ölkə kubokunun finalında “Bakı”ya uduzudqları oyundan sonra fikirlərini açıqlayıb. O, apasport.az saytına verdiyi açıqlamada rəqibin layiqli qələbə qazandığını bildirib: “Bakı” layiqli qələbə qazandı. Slavço Georgiyevski orta sahədə üzərinə düşən vəzifənin öhdəsindən gələ bilmədi. Yayda heyəti gücləndirəcəyik. Komandada qalıb-qalmayacağıma rəhbərlik qərar verəcək”.
0
0