Uinston Parks: Premyer Liqadakı uğursuzluğu sığortaladıq
17.05.2012 - 23:10
“Bizə qələbə lazım idi ki, buna da nail olduq”. Bunu apasport.az saytına açıqlamasında “Bakı” klubunun futbolçusu Uinston Parks deyib.
“Zolaqlılar” həlledici matçda “Neftçi”ni məğlub etməklə, tarixində 3-cü dəfə kuboku başı üzərinə qaldırdı. Oyun barədə fikirlərini bölüşən Kosta-Rika yığmasının üzvü bildirib ki, bu qələbə ilə çempionatdakı uğursuzluğu sığortalayıblar: “İlk yarıdaca vurduğumuz 2 qolla istəyimizə nail olduq. Kuboku qazanmaqla, Premyer Liqadakı uğursuzluğu sığortaladıq. Həqiqətən də, biz rəqiblə müqayisədə daha yaxşı oynadıq. Əvəzlənməyimə gəlincə, bu aldığım zədə ilə bağlı idi”.

0
0