Kubok əldən getdi
18.05.2012 - 08:30
Kubok əldən getdi
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması titulu ilə vidalaşıb. Apasport.az saytının məlumatına görə, növbəti dəfə Moldovada təşkil olunan ənənəvi “FA of Moldova Cup” turnirinə qatılan millimiz II turdan sonra çempionluq şanslarını itirib. Belə ki, meydan sahibləri ilə qolsuz heç-heçədən sonra Təbriz Həsənovun yetirmələri çün Rumıniya yığması əlçatmaz olub. 7-ci dəfə bu yarışda qüvvəsini sınayan yığmamız bununla da ötən il qazandığı kuboku təhvil verib.

1. Rumıniya 2 2 0 0 5-2  6
2. Moldova 2 1 1 0 1-0 4
3. Azərbaycan 2 0 1 1 2-3  1
4. Bolqarıstan 2 0 0 2 0-3  0