Ölkə kubokunun qalibinə ağır cəza
18.05.2012 - 09:12
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi İstanbulun “Fənərbaxça” klubunu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, ölkə kubokunun son qalibinə Superliqanın son turunun “Qalatasaray”la qarşılaşmasında baş verənlər baha başa gəlib.
Belə ki, azarkeşlərin stadiondakı davranışı, yaratdığı qalmaqal və çempionluq kubokunun verilməsinə əngəl olması “Fənərbaxça”nın cəzalanması ilə nəticələnib. Federasiya istanbulluları 40 min avro cərimələməklə kifayətlənməyib. Komanda növbəti 6 ev oyununu qadın və uşaqların gözü qarşısında keçirməli olacaq.
Qeyd edək ki, rəsmi şəxslərinin hərəkətləri üzündən “Qalatasaray” 15 min avro cərimələnib.

0
0