“İnter”in sabiq futbolçusu: Azarkeşlər məni düzgün başa düşməzdi
18.05.2012 - 10:08
“İnter”in sabiq futbolçusu: Azarkeşlər məni düzgün başa düşməzdi
“Mən karyeramı Ukraynada bitirib yarım il futbol oynamadım. Bu müddətdə ölçüb-biçdim, gördüm ki, hələ də oynaya bilərəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun sabiq futbolçusu Valentin Belkeviç deyib.

Kiyev “Dinamo”sunun əfsanəsi olan belaruslu yarımmüdafiəçi qısamüddətli Azərbaycan karyerasından danışıb: “Belə vəziyyətdə Bakıdan təklif gəldi. “İnter”in qarşısında ciddi vəzifə qoyulmuşdu: komanda Çempionlar liqasında mərhələ keçməli idi. Özü də həmin vaxt bir sıra səbəblərdən Ukraynada oynaya bilməzdim. Başqa komandaya keçib Kiyev “Dinamo”suna qarşı oynaya bilməzdim. Azarkeşlər bunu düzgün başa düşməzdi. Heç özüm də bunu istəmirdim”.

Belkeviç futbolumuz və karyerasını Azərbaycanda bitirməsinə də toxunub: “Azərbaycanda özünəxas futbol var. Elə azarkeşlər də həmçinin. Karyeramın sonunda dəyişmək də asan deyildi. Bu üzdən qərar gəldim ki, karyeramı gec-tez bitirəcəyəmsə, niyə indi etməyim”.

Belaruslu legioner futbolçu karyerası ərzində, o cümlədən Azərbaycanda oynadığı vaxt müsahibə verməkdən qaçmasının səbəbini izah edib: “O vaxt hesab edirdim ki, futbolçunun işi oynamaqdır, bu haqda danışmaq yox. Mənə elə gəlirdi ki, mətbuata çox çıxan futbolçu meydanda daha pis təsir bağışlayır”.”