Sadıq Sadıqov: Bizə Emil Mpenza kimi brendlər lazım deyil
18.05.2012 - 10:50
"Əgər "Neftçi" Çempionlar Liqasında mərhələ keçmək istəyirsə, mütləq transferlər olmalıdı və bunun üçün də səviyyəli futbolçuları komandaya cəlb etməyə çalışacağıq. Hər yoldan keçən futbolçu "Neftçi"yə dəvət olunmayacaq". Apasport.az saytının xəbərinə görə, bu sözləri "Neftçi" klubunun prezidenti Sadıq Sadıqov deyib.
O bildirib ki, "Neftçi"nin adı ilə yanaşı hallanan bəzi futbolçularln transferi sadəcə uydurmadı: "İnter"dən futbolçu transfer edəcəyimiz haqda yayılan informasiyalar sırf yalandı. Ukrayna, Boliviya və Bolqarıstandan futbolçu transfer edəcəyik. Hal-hazırda danışıqlar gedir. İstəyirik ki, az maliyyə vəsaiti xərcləməklə səviyyəli legioner gətirək.
Həmin səviyyəli legioner də bizə Çempionlar Liqasında kömək edə bilsin ki, ən azından "Qarabağ"ın avrokuboklarda göstərdiyi nəticəyə biz də nail olaq. Bizə Emil Mpenza kimi brendlər lazım deyil".
"Korner" əməkdaşının "Hansı mövqelərə futbolçu transferi gözlənilir" sualına Sadıq Sadıqovun cavabı belə oldu: "Gördüyünüz kimi də bugünkü məğlubiyyətimizin səbəbi Bahodir Nasimovun zədəli olması oldu. Mən bü gün hiss etdim ki, Bahodir komandanın yarısı deməkdir".

0
0