Koke: Həm də ona görə sevinirəm ki...
18.05.2012 - 11:49
“Qələbə qazandığımız üçün çox sevinirəm. Həm də ona görə sevinirəm ki, qol vurdum və bu qol qələbəmizdə vacib rol oynadı”. Bu sözləri apasport.az saytına “Bakı” klubunun hücumçusu Koke deyib.
Qışda paytaxt təmsilçisinin heyətinə cəlb edilən, amma daha çox tənqid olunan futbolçu ölkə kubokunun finalında sözünü deməyi bacardı. Oynadığı futbolla komandasına kömək edən ispaniyalı forvard matçda hesabı açmaqla, qələbədə mühüm pay sahibi oldu.
Debüt ilindəcə mövsümü titulla qapamağı bacaran futbolçu oyundan sonra sevincini rəfiqəsi ilə bölüşdü. Matç haqda danışarkən isə kuboku qazanmağa borclu olduqlarını vurğuladı: “Bu bizim üçün mövsümün oyunu idi. Yeganə məqsədimiz qələbə qazanmaq idi. Birinci hissədə iki qol vurduq və sonda məqsədimizə çatdıq. Bu cür oyundan və qələbədən sonra ancaq sevinmək olar. Mövsümü titulla başa vurduğumuza görə şadam”.

0
0