“Bakı” məşqçisini istefaya göndərdi
18.05.2012 - 12:30
“Bakı” məşqçisini istefaya göndərdi
“Bakı” voleybol klubundan ayrılan daha bir nəfərin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, braziliyalı baş məşqçi Ancelo Vercesinin əsas köməkçisi olan italiyalı Marko Qaspari yeni mövsümdən vətəndə çalışacaq.

O, “Bakı”dan ayrılan Rafaella Kalloni kimi karyerasını “Konegliano”da davam etdirəcək. Mütəxəssis hələlik yeni klubu ilə 1 illik anlaşıb.

Qeyd edək ki, Qaspari paytaxt klubuna yanvarda gəlmişdi və onlarla “Çelenc Cup”ın gümüş, Super Liqanın bürünc medalını qazanmışdı.

Yeri gəlmişkən, “Bakı”da hələ baş məşqçi məsələsi də açıq qalır. Onların Vercesi ilə yollarını davam etdirib-etdirməyəcəyi dəqiqləşməyib.