Fərid Quliyev: Təkcə mənim 2 real şansım oldu - MÜSAHİBƏ
18.05.2012 - 13:59
Ölkə kubokunun finalında “Bakı”ya uduzan (0:2) “Neftçi” klubunun hücumçusu Fərid Quliyev oyundan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb
- Final barədə nə deyə bilərsiniz? İlk yarıda “Bakı”nın rəqibi sanki çempion komanda deyildi...
- Necə oyun getdiyini hamı gördü. Biz zəif oynamadıq. Dirəkdən dönən toplarımız oldu. Sadəcə, bəxtimiz gətirmədi.
- Rəqibin belə sadə qollar vuracağını gözləyirdiniz?
- “Bakı” bütün oyunu əks-hücum üzərində qurmuşdu. Birinci hissədə bəxtləri gətirib, 2 qol vurdular. Fasilədən sonra oyun meydanın onlara aid hissəsində getsə də, fərqlənə bilmədik. Ümumiyyətlə, 2 top fərqi ilə geri düşdükdən sonra oyunu dəyişmək çox çətindir.
- Komandanızın hücum xətti çox zəif təsir bağışladı. Bəlkə çempion olduqdan sonra oyuna köklənə bilməmisiz?
- Çox təəssüf ki, həlledici qarşılaşmada qələbəni əldən verdik. Bəzən oyunun gedişində 10 qol epizodu yaradırsan, amma istifadə edə bilmirsən. Təkcə mənin 2 real şansım oldu.
- Yeri gəlmişkən, Bahodir Nasimov zədələndikdən sonra komandada əsas hücumçu siz oldunuz. Lakin çoxları ehtiyatda çox qaldığınızdan bu yükün öhdəsindən gələ bilməyəcəyinizi düşünürdü. Necə fikirləşirsiz, hücumçu kimi vəzifənizin öhdəsindən gələ bildizmi?
- Bu suala məşqçilər korpusu, azarkeşlər cavab verə bilər. Ancaq bu faktdır ki, meydanda olduğum müddətdə qol vurmaq və komandama faydalı olmaq üçün əlimdən gələni etdim. Bu gün hamımızın qol vurmaq üçün şansı oldu. Komanda yoldaşlarım da pis oynamadı. Ancaq heç birimiz yaradılan imkandan lazımınca istifadə edə bilmədik.
- Oyun onu göstərdi ki, sanki “Neftçi” kuboku qazanmaq üçün alışıb-yanmırdı...
- Niyə ki? Mövsümün əvvəlindən “qızıl dubl” etmək istədiyimizi deyirdik. Bu gün buna yaxın olduq. Çünki çempionluğu qazanmışıq. Finalı da udmaq qalırdı, amma alınmadı.
- Qarşıda çətin avrokubok sınağı olacaq. Bu heyətlə, bu cür oyunla “Neftçi” Çempionlar Liqasında nəyə ümid edir?
- Biz də istəyirik ki, ən azı 1-2 mərhələ adlayaq və azarkeşlərimizə bu məğlubiyyəti unutduraq. Bunun üçün yaxşı hazırlaşacağıq.
- “Neftçi” ilə müqaviləniz bitir. Yeni anlaşma imzalamısınız?
- Hələ yeni müqavilə təklif edilməyib. Yəqin ki, yaxın günlərdə komandada qalıb-qalmayacağım açıqlanacaq.

0
0