57-ci final: “Çelsi” titul həsrətində, “Bavariya” 5-ci qələbəsinə doğru
18.05.2012 - 15:51
57-ci final: “Çelsi” titul həsrətində, “Bavariya” 5-ci qələbəsinə doğru
Sabah Çempionlar Liqasının (ÇL) qalibi müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, Bakı vaxtilə saat 23:45-də Münhendəki “Alyans Arena”da başlayacaq finalda Almaniyanın “Bavariya” və İngiltərənin “Çelsi” klubları üzləşəcək.

Bununla, Avropanın ən nüfuzlu turnirində növbəti mövsümə yekun vurularaq, ən güclünün adı bilinəcək.

Bu, “Bavariya”nın 9-cu, “Çelsi”nin 2-ci finalı olacaq. Münhenlilər həlledici oyunların yarısında qalib gəlib, yarısında uduzub. “Bavariya” qalib gələrsə, 5-ci dəfə çempionluğu bayram edəcək.

Komanda bunadək 3 dəfə dalbadal – 1974, 75 və 76-cı və həmçinin 2001-ci ildə finalda qalib gəlib. Ancaq fərq ondadır ki, 70-ci illərdə qazanılan uğurlar zamanı Çempionlar Liqası Çempionlar Kuboku adlanırdı. “Bavariya” 11 il öncə Milandakı finalda İspaniyanın “Valensiya” klubuna oyun sonrası penaltilərlə qalib gələrkən isə ÇL-də çıxış edən komandadan heç kim qalmayıb. “Bavariya” ardıcıl 3 qələbədən sonra kuboku həmişəlik muzeyinə aparan 5 klubdan biri olub.

“Çelsi” isə tarixində yalnız 1 dəfə - 2008-ci ildə ÇL-nin finalında oynayıb. Onda İngiltərə çempionatında əzəli rəqibi “Mançester Yunayted”də Moskvada oyun sonrası penaltilərlə uduzan London klubu Avropanın 1 nömrəli klub turnirində qalib olmaq həsrətindədir.

Oyunu maraqlı edən məqamlardan biri stadionla bağlıdır. Belə ki, final “Bavariya”nın öz arenasında olacaq. Təbii ki, münhenlilər bu şansdan maksimum istifadə etməyə çalışacaq.

Qeyd edək ki, bu, 1955/56 mövsümündən keçirilən, 1991-ci ildən ÇL adlanan turnirin 57-ci finalı olacaq.