“İnter”in rekordçusu – Lomaya
18.05.2012 - 16:16
“İnter”in rekordçusu – Lomaya
“İnter”in rəsmi saytı 2011/2012 mövsümünün yekunları ilə bağlı ilk statistik göstəricilərini açıqlayıb. Apasport.az-ın məlumatına görə, paytaxt təmsilçisi öncə ötən mövsümdə hamıdan çox meydanda olan futbolçuları ictimaiyyətə təqdim edib.

Belə ki, “İnter”in bürünc medal qazandığı ildə mövsümün rekordçusu adına meydanda 2610 dəqiqə keçirmiş qapıçı Giorgi Lomaya yiyələnib. O, “bankirlər”in qapısını 29 matçda 90 dəqiqə qoruyaraq, bu oyunlarda cəmi 18 top buraxdı (orta hesabla hər oyuna 0,620 qol).

Bundan əlavə, gürcüstanlı qolkiper daha bir maraqlı göstəricilə də diqqəti özünə cəlb edib. O, “İnter”in qapısına təyin edilmiş 5 11 metrlik cərimə zərbəsindən 3-cünü dəf etməklə (Aleksandr Şoliç (“Bakı”), Con Pelu (“Rəvan”) və Bahadır Nəsimov (“Neftçi”) də yadda qaldı. Onun penaltiləri dəf etmək göstəricisi 60 faizlik yüksək səviyyəyə bərabərdir. penalti zərbələrini dəf etmişdi.

Lomayadan sonra meydanda olmasına görə ikinci yeri həmyerlisi Valeri Abramidze tutub. O, 2605 dəqiqə meydanda olub. Sonrakı sıralama isə belədir: Vladimir Levin (2430 dəqiqə), İlia Kandelaki (2351 dəqiqə), Arif Daşdəmirov (2296 dəqiqə) və Bronislav Çervenka (2054 dəqiqə).

Qeyd edək ki, 36 yaşlı çexiyalı Çervenka Premyer Liqanın ən yaşlı legioneri olub.