Azərbaycan komandası Berlində futbol turnirinin qalibi oldu
18.05.2012 - 16:22
AFFA tərəfindən Almaniyanın paytaxtı Berlində Almaniyada yaşayan azərbaycanlı ailələrin övladları üçün açılmış futbol məktəbinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı turnir keçirilib. Apasport.az saytının məlumatına görə, turnirin açılış mərasimində Azərbaycan Respublikasının Almaniyadakı səlahiyyətli və fövqəladə səfiri Pərviz Şahbazov və Milli Məclisin deputatı, AFFA-nın I vitse-prezidenti Rauf Əliyev çıxış edərək iştirakçılara uğurlar arzulayıblar. Çıxışlar başa çatdıqdan sonra Berlindəki məktəbin nəzdində fəaliyyətə başlamış güləş, boks və gimnastika bölmələrində hazırlıq keçən uşaqların nümunəvi çıxışları nümayiş etdirilib.
Turnirdə yuxarıda qeyd olunmuş məktəbin 9 yaşadək uşaqlardan təşkil olunmuş “Azərisport”, həmçinin Almaniya və Türkiyəni təmsil edən komandalar mübarizə aparıb. Final qarşılaşmasında “Azərisport” 4:1 hesabı ilə türkiyəli futbolçuları məğlub edərək turnirin qalibi adını qazanıb.
Mənbə: affa.az

0
0