Peşəkar Futbol Liqasından yeni təklif
18.05.2012 - 17:10
Növbəti mövsümdən etibarən Premyer Liqada ikinci “altılığ”ın qalibi olan komanda avrokuboklara yollana bilər. Bu barədə apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib.
O bildirib ki, 7-12-ci yerlər uğrunda mübarizədə marağı artırmaq üçün yenilik tətbiq etməyi düşünürlər. Bu da 7-ci yeri tutan komandanın qitə miqyaslı turnirə vəsiqə qazanması ilə bağlıdır: “Sadəcə, bu, qanuna zidd olmamalıdır. İstərdik ki, 12 komanda olacağı təqdirdə çempionatdan öncə bütün klub nümayəndələri ilə bunu müzakirə edək. Mənə elə gəlir ki, çempionatı keçirən bir qurum kimi PFL-in buna səlahiyyəti var. Əgər klublar razılıq versə, fikrim belədir ki, ikinci “altılıq”da 1-ci yerin sahibi avrokuboklara vəsiqə qazansın. Bu zaman orada mübarizə daha maraqlı olacaq”.
PFL rəhbərinin ideyası maraqlı olsa da, burada bəzi təzadlı məqamlar var. Əvvəla, 7-ci yerin sahibi olacaq komanda 3-4-cü pilləni tutanlardan güclü olmayacaq. İkincisi, bu sistem tətbiq olunandan sonra klublar avrokuboklara vəsiqə üçün 2-ci “altılığ”a düşüb, bunu daha zəif komandalarla oyunlarda qazanmaqla, işini asanlaşdırmağa çalışacaq.
Üçüncüsü, məsələni ölkəmizə avrokuboklar üçün 4 vəsiqə verən UEFA ilə razılaşdırmaq lazımdır. Ən nəhayət, bu təklifin əvəzinə 7-ci yeri tutana pul mükafatı verməklə, stimullaşdırmaq daha yaxşı olardı.
Maraqlıdır, Musayev bunlar haqda nə düşünür? O, bir şeyi nəzərə almaq lazım saydı: “Biri var ikinci “altılıq”da avrokuboklara 1, ilk “altılıq”da 3 yer olsun. Bildiyiniz kimi, bizdə hər il avrokuboklara 4 komanda gedir. Onlardan da kubokun qalibi adətən ilk “altılıq”dakı komandalar olur. Bunu nəzərə alaraq, minimum 3 yer oradandır. Ancaq bu tək mənim fikrim olmamalıdır. Bunun üçün klublar, AFFA-nın İcraiyyə Komitəsinin üzvləri yığılmalıdır”.
Bu ideyaya biz tərəfdən müsbət qərar verilərsə, UEFA-nın qəbul edəcəyini düşünən PFL prezidenti pul mükafatını məqsədəuyğun saymır: “Elə komanda var ki, onun bu pula ehtiyacı olmaz. Mənə elə gəlir ki, puldan önəmli avrokuboklara vəsiqə qazanmaqdır. Yəni, dediyim bu gün sırf mənim fikrimdir ki, oyunların daha gərgin keçməyi üçün 2-ci “altılığ”ın qalibi avrokuboklara vəsiqə qazanmış olsun”.
Mehman SÜLEYMANOV

0
0