Hafiz Məmmədov “Bakı”nın qələbəsini görmək üçün 16 saat yol gəlib
18.05.2012 - 17:19
“Bakı” klubunun prezidenti Hafiz Məmmədov sevimli komandasının Azərbaycan Kubokunun finalında “Neftçi”yə qarşı oyununu izləmək üçün ABŞ-dan Azərbaycana təyyarə ilə 16 saatlıq yol qət edib. Lent.az-ın məlumatına görə, bir müddətdir okeanın o tayında olan H.Məmmədov özünü məhz oyun günü Bakıya çatdırıb.
Klub prezidenti gəlişinə peşman olmayıb. Çünki onun komandası çempion “Neftçi”ni 2:0 hesabı ilə məğlub edərək, tarixində 3-cü dəfə ölkə kubokuna yiyələnib. H.Məmmədov oyundan sonra mükafatlandırma mərasiminə qatılmasa da, paltardəyişmə otağında komandanın hər bir üzvü ilə görüşüb.
Görüş barədə Lent.az-a klubun baş məşqçi əvəzi Novruz Əzimov məlumat verib: “Hafiz müəllim bizə təşəkkür edərək dedi ki, 16 saatlıq yol yorğunluğumu kuboku qazanmaqla çıxardınız. İndi siz özünüz yorulmusunuz. Gedin, istirahətinizi edin. Bir neçə gündən sonra görüşərik”.
N.Əzimov məhz həmin görüş zamanı bir çox məsələyə aydınlıq gələcəyini açıqlayıb. O, təkcə komandadakı futbolçuların deyil, özünün də taleyinin hələ müəyyənləşmədiyini söyləyib: “Kimin gedəcəyini deməyim üçün gərək özümün də belə bir səlahiyyətim olsun. Amma hələ mənə qalıb-qalmayacağıma dair bir söz deyilməyib”.
52 yaşlı mütəxəssis final oyunu barədə də danışıb. Onun sözlərinə görə, yarımfinalda “Qarabağ”ı üstələmək “Bakı” üçün daha çətin olub: “Açığı, “Qarabağ” səddini adladıqdan sonra məndə “Neftçi”ni də yenəcəyimizə inam yaranmışdı. Fikrimcə, “Neftçi”ni “Qarabağ”a nəzərən daha rahat keçdik”.
N.Əzimov, həmçinin bildirib ki, “Bakı” rəhbərliyinin baş məşqçi təyinatı məsələsində qəbul edəcəyi istənilən qərara hörmətlə yanaşacaq. O, hazırkı vəzifəsinə təsdiqlənəcəyi halda Avropa Liqasında yaxşı oyun sərgiləyəcəklərini vəd edib: “Mən bəzi baş məşqçilər kimi bir neçə mərhələ keçəcəyimizi iddia edə bilmərəm. Amma Avroliqa matçlarında yaxşı oyun nümayiş etdirəcəyimizə söz verirəm”.
Qeyd edək ki, Novruz Əzimov martın 11-də baş məşqçi postundan istefaya göndərilmiş Aleksandr Starkovu müvəqqəti əvəzləyib.

0
0