Azərbaycan yığması Bolqarıstana qalib gəldi - YENİLƏNİB
19.05.2012 - 13:43
Azərbaycan yığması Bolqarıstana qalib gəldi - YENİLƏNİB
Kişinyovda təşkil olunmuş “FA of Moldova Cup” turnirində bu gün növbəti oyun keçirilib. Apasport.az saytının xəbərinə görə, yarışda qüvvəsini sınayan milli komandamız (U-17) sonuncu - üçüncü görüşündə Bolqarıstan yığması ilə qarşılaşıb.

Bakı vaxtı ilə saat 13:00-da başlayan matçda Təbriz Həsənovun yetirmələri 3:1 hesabı ilə qələbə qazanıblar. Yığmamızın qollarını Fəhmin Muradbəyli, Elçin Cəfərov və Mahir Mədətov (penaltidən) vurub.

Nəticədə 3 oyunun yekununa əsasən aktivində 4 xalı olan komandamızın tutacağı yer Moldova – Rumıniya qarşılaşmasının nəticəsindən sonra müəyyənləşəcək. Çünki təmsilçimizlə eyni xala malik olan ev sahibləri rumınlara (6 xal) uduzacaqları halda, yığmamız top fərqinə görə, 2-ci də ola bilər. Belə ki, Azərbaycan 5 qol vurub, 4-ünü buraxdığı halda, Moldova 1 dəfə fərqlənərək, qapısında top görməyib.

AZƏRBAYCAN - BOLQARISTAN - 3:1

Xatırladaq ki, ötən ilki yarışın qalibi olan millimiz ilk matçda Rumıniyaya uduzub (2:3), ikinci görüşdə Moldova ilə bərabərliyə (0:0) qalmışdı.