“Neftçi”nin daha bir potensial rəqibi bilindi
19.05.2012 - 10:02
“Neftçi”nin daha bir potensial rəqibi bilindi
Moldova futbol çempionatının qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Şerif” birinciliyin başa çatmasına 1 tur qalmış “Sfıntul Qeorqe” klubunu 5:0 hesabı ilə yenməklə, qızıl medalların sahibi olub.

Belə ki, aktivindəki xallarının sayını 81-ə çatdıran komanda bununla da 11-ci çempionluğunu bayram edib. İkinci yeri “Daçiya” (77 xal), üçüncü pilləni “Zimbru” (58 xal) komandası tutub. Çempionatın heç bir əhəmiyyət daşımayan son turu isə mayın 23-də keçiriləcək.

Qeyd edək ki, Moldova çempionu “Neftçi”nin Çempionlar Liqasında potensial rəqiblərindən oldu.