“Klub rəhbərliyi haqqımda nə qərar çıxarsa, onu qəbul edəcəm”
20.05.2012 - 08:31
“Futbolla həyat bəzən gözlənilməz və ağlasılmaz olur. Ağır mövsümümüz oldu və onu belə başa vurmaq inanılmaz nailiyyətdir. Mən futbolçularıma görə çox şadam və onlar bu uğura görə elə uzun müddət, ağır işləyirdilər”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Çelsi”nin baş məşqçi əvəzi Roberti Di Matteo deyib. Mövsümün ortasında köməkçisi olduğu portuqalyalı həmkarı Andre Villaş-Boaşın istefaya göndərilməsindən sonra bu post etibar olunan gənc italiyalı çalışdırıcının debütü çox uğurlu alındı. Belə ki, London klubu mövsümü 2 titulla – İngiltərə kubokunu və Çempionlar Liqasını (ÇL) qazanmaqla, bitirdi.
Özü də Avropanın ən nüfuzlu turnirin finalında “Bavariya”nı onu meydanında yenən “Çelsi”nin çalışdırıcısı futbolçularında xarakteri qeyd edib: “Əlbəttə, “Bavariya” hesabı açandan sonra az vaxtımız vardı. Ancaq futbolçularımız bu turnirdə xarakter və əzmkarlıq az göstərməyiblər. Hesabı bərabərləşdirib, oyunu əlavə vaxta aparmaq artıq xoş idi. Heyətlə, hazırlıqla bağlı problemimiz olsa da, futbolçularımızın qələbəyə doğru can atmağı bu gün də özünü göstərdi. Bizim üçün əsas komandadır və bütün futbolçular əla iş gördülər. Belə qələbə əldə etmək üçün bütün kollektivin böyük səyi tələb olunurdu. Mən bilmirəm ki, gələcəkdə bu qələbə haqda nə danışacaqlar. Ancaq tarixə düşdüyümüzə görə xoşbəxtik”.
Maraqlıdır ki, “Çelsi” 2-ci dəfə oynadığı ÇL-nin finalında yenə oyun sonrası penaltilərlə üzləşsə də, Moskvadan fərqli Münhendə bəxti gətirdi: “Oyun sonrası penaltilər seriyasında təsadüf amili var. Gözəl komanda olan “Bavariya” yaxşı oynadı. Bunu onun finala çıxmağı və qazandığı bir neçə kubok sübut edir. Mən rəqibimizin hisslərini başa düşürəm. Penalti ilə uduzmaq çox üzücüdür. “Çelsi”nin Çempionlar Liqasında ilk qələbəsi çox çətin alındı. Klub 4 il öncə buna çox yaxın idi və yəqin ki, futbolçular yenə finalda oynamağa ümid edirdilər. Bu turnirdə qalib gəlmək çox çətindir və şanslara güvənmək heç olmaz. Bu qələbəmiz gələcəyə ciddi təsir edəcək. Bugünkü qələbəmiz ÇL-də növbəti mövsümdə oynamağımıza təminat verdiyindən, ikiqat xoşdur”.
İtaliyalı çalışdırıcı rəhbərliyin qərarını gözləyir və istənilən addıma hazırdır: “Son 3 ay mənin üçün ağır olduğundan, mənə fasilə lazımdır və istirahətə hazırlaşıram. Mənə etibar olunan rolu məmnuniyyətlə oynadım və istənilən ssenariyə hazıram. İndi bu, vacib deyil. Klub nə qərar çıxarsa, onu qəbul edəcəyəm. Bu, çox sadədir. Əsas odur ki, biz nəticə əldə etdik. Hamımız çox xoşbəxtik və bu, klubun həyatında tarixi gündür”.

0
0