Ramin Musayev: Mən bunda həmin klub rəhbərlərini günahlandırıram
20.05.2012 - 12:07
“Mən sizə açıq bir söz deyim ki, lisenziya almamağa görə həmin I dəstə klublarının rəhbərlərini günahlandırıram. Çünki onlar lisenziya ilə bağlı söhbət olanda, elə bilirlər ki, bizim özümüzə lazımdır. Ancaq onların özlərinə lazım olduğunu fikirləşmirlər”. Bu fikirləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib. Premyer Liqaya çıxmaq uğrunda mübarizə aparan I divizion klublarının AFFA-nın lisenziyalaşdırmağından keçə bilməməkləri özlərinə problem yaradır.
Bu çempionatın da təşkilatçılığına cavabdeh olan PFL-in prezidenti I dəstədən komandanın gəlməməyinin şəxsən özü üçün xoşagəlməz olduğunu bildirib: “Çünki həm biz, həm komanda tərəfindən əziyyət çəkilir. Ən azından futbolçular böyük həvəslə oynayırlar ki, gəlib Premyer Liqada özlərini göstərsinlər. Təbii ki, komandaların gəlməməkləri növbəti çempionatda artıq onlarda inamsızlıq yaradır. Bu da I diviziondakı çempionatın səviyyəsini aşağı salır. Ona görə də klub rəhbərlərindən xahiş edirik ki, lisenziyalaşdırma məsələsi olanda buna ögey yanaşmasınlar. Bu gün həmin səhvlərə görə həm komanda, oyunçular itirir, həm də biz”.
Musayevin sözlərindən belə çıxır ki, Premyer Liqada son 2 pilləni tutan “Turan”la “Sumqayıt” qalır və pley-off oyunu da olmayacaq?: “Mən “Turan”la “Sumqayıt” qalır sözünü demədim. Ola bilsin ki, qalarlar. Lisenziyalaşdırma söhbəti qüvvədədir və I dəstədə ilk 2 yeri tutan komanda bundan özlərini sığortalayaraq, keçsələr, gələcəklər. Əks təqdirdə 12 komanda olarsa, “Turan”la “Sumqayıt”ı saxlamağa məcburuq. Məsələyə bu ay tam aydınlıq gələcək”.
Qeyd edək ki, əsasnaməyə görə, I divizionun qalibi olan “Qaradağ Lökbatan” Premyer Liqaya çıxmalı, 2-ci yeri tutan “Neftçala” “Turan”la pley-off oyunları keçirməli idi.
,Mehman SÜLEYMANOV

- Qvardiola İtaliyaya “yox” deməyə hazırlaşır – Maaş və istirahət...
- "Hall Siti" Premyer Liqaya hazırlaşır: Tarqettlə 2 illik müqavilə
- FTB Argentina Futbol Assosiasiyasının prezidentini Nyu-York aeroportunda saxlayıb
- Avropa Liqası: "Beşiktaş" meydana çıxır - YENİLƏNİR
- "Qalatasaray" gənc müdafiəçini istəyir – Meneceri ilə danışıqlar başladı
0
0