Didye Droqba: Mənim sifətimdən gülüş əksik olmur
20.05.2012 - 13:04
Didye Droqba: Mənim sifətimdən gülüş əksik olmur
“Mənim gələcəyim əsas deyil. Əsas bizim bu gün məqsədimizə çatmağımızdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Çelsi”nin futbolçusu Didye Droqba deyib. Çempionlar Liqasının (ÇL) finalında “Bavariya” ilə oyunun qəhrəmanlarından olan Fil Dişi Sahilindən olan hücumçunun 8 ildir şərəfini qoruduğu London klubu gedəcəyi müzakirə obyektinə çevrilib.

Droqba diqqətini buna yox, klubun tarixində ilk dəfə qazandığı ÇL-ə yönəlib: “Futbolçularımız kubok uğrunda sona kimi mübarizə apardı. ol buraxanda da azarkeşlərimiz bizi dəstəklədi. “Napoli” və “Barselona” ilə matçlarda necə oynadıq və çempionluğuna adını bu qələbə ilə layiqli qazandıq”.

Oyunda hesabı bərabərləşdirən Droqba penaltilər seriyasında son zərbəni vuraraq, qələbənin əsas memarı oldu. Halbuki o, yığmasının heyətində son Millətlər Kubokunda penaltini qaçırmaqla, məğlubiyyətin əsas səbəbkarlarından olmuşdu: “Mən özümə inanırdım. Ancaq yaddaşımda Afrika Kuboku ilə bağlı xoşagəlməz xatirələr vardı. Mən komandaya mükafat qazandıra bilərdim, ancaq vəziyyət asan deyildi. Petr Çex dünyada ən güclü qapıçıdır. O, matçın gedişində komandanı dəfələrlə xilas etdi. Mən ona, həmçinin digər komada yoldaşlarıma xoş anlar yaşatmaq istəyirdik. Mən istəyirdim ki, onlar gülsünlər və bu, məndə alındı. Mənim sifətimdən gülüş əksik olmur. Moskvada çox çətin və hamımıza – futbolçulara, klubun işçilərinə, azarkeşlərə ağrılı idi. İndi isə tam başqa cürdür”.

Qeyd edək ki, londonlular 4 il öncə Moskvadakı finalda “Mançester Yunayted”ə oyun sonrası penaltilərdə uduzmuşdular.