Milli Yaponiyaya getdi
20.05.2012 - 13:00
Bu gün Azərbaycan milli komandası Yaponiyaya səfər edib. Apasport.az saytının məlumatına görə, almaniyalı Berti Foqtsun baş məşqçisi olduğu yığmamız Asiyanın ən titullu yığması ilə yoldaşlıq görüşünə hazırlığa yollanıb.
AFFA ilə Yaponiya Futbol Assosiasiyası arasında aparılmış danışıqlara əsasən razılaşdırılan matç Şizuoka şəhərindəki “Ekopa” stadionunda keçiriləcək. Yaponiya - Azərbaycan oyunu mayın 23-də Bakı vaxtı ilə saat 15:15-də başlayacaq.
Millimizin legioner futbolçuları çempionatın başa çatmağından istifadə edərək, vətənlərinə istirahət yollanmışdılar və mayın 19-da Bakıya qayıdıblar. Burada bir araya gələn yığmamız səfərə çıxıb. Foqts qarşıdakı günlərdə hazırlığı orada keçirib, matça çıxandan sonra komandanı vətəninə aparacaq. Belə ki, millimiz Yaponiyadan Almaniyaya yollanaraq, Frankfurtda təlim-məşq toplanışı keçəcək və mayın 30-da orada Andorra yığması ilə yoldaşlıq görüşü keçirəndən sonra Bakıya qayıdacaq.

- Qvardiola İtaliyaya “yox” deməyə hazırlaşır – Maaş və istirahət...
- "Hall Siti" Premyer Liqaya hazırlaşır: Tarqettlə 2 illik müqavilə
- FTB Argentina Futbol Assosiasiyasının prezidentini Nyu-York aeroportunda saxlayıb
- Avropa Liqası: "Beşiktaş" meydana çıxır - YENİLƏNİR
- "Qalatasaray" gənc müdafiəçini istəyir – Meneceri ilə danışıqlar başladı
0
0