“O qabaqkı dövrlər idi ki, pulunu ver, gəl oyna”
20.05.2012 - 13:44
“O qabaqkı dövrlər idi ki, pulunu ver, gəl oyna”
“Bilirsiniz ki, biz klublarla çalışırıq. Biz pula görə işləmirik. O qabaqkı dövrlər idi ki, pulunu ver, gəl oyna”. Bu fikirləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib. Premyer Liqanın iştirakçıların maddi vəziyyəti pis olanlar AFFA-nın İntizam Komitəsinin onlara kəsdiyi cərimələri və digər məbləğləri ödəməkdən çətinlik çəkirlər. Bu mənada PFL-ə ən çox borcu olan klublardan biri “Turan”dır.

Musayevin sözlərinə görə, AFFA-da rəhbər dəyişikliyindən sonra maddi problemlər yaşayan klubların qarşısına sədd çəkilmir: “Əvvəlki vaxtlar belə idi ki, pulun yoxdur, oynama, çıx get. Biz o dövrü yaşamırıq. Bildiyiniz kimi, AFFA artıq öz layiqli rəhbərini tapıb. Rövnəq Abdullayev bu quruma rəhbərlik edəndən maddi cəhətdən heç bir problem yoxdur. Klubların borc məsələsinə gəlincə, biz buna önəm vermirik. Ən vacibi odur ki, klublarda iş getsin, öz yerli oyunçularımız yetişsin. Bizi puldan vacib maraqlandıran bunlardır”.

Mehman SÜLEYMANOV