Qus Hiddink “casusluq” edərkən yaxalandı
20.05.2012 - 14:59
Qus Hiddink “casusluq” edərkən yaxalandı
Türkiyə milli komandasının sabiq baş məşqçisi Qus Hiddink “casusluq” edib. Apasport.az saytının məlumatına görə, bu ildən Rusiyaya qayıdaraq, “Anji” klubunu çalışdıran təcrübəli mütəxəssis Almaniya yığmasının arxasınca kəşfiyyata çıxıb. Belə ki, onlar Fransanın cənubunda qaldıqları oteldə Hiddinki yaxalayıblar. Onun həmyerliləri, vaxtilə çalışdırdığı Hollandiya yığması Avro-2012-nin final mərhələsində Almaniya ilə bir qrupa düşdüyündən, məlumat toplamağa yollanıb.

Ancaq Rusiya yığmasının da sabiq baş məşqçisi olan Hiddink narahatçılığa əsas görmür: “Sizə qorxmağa dəyməz ki, mən burada Hollandiya yığmasının “casusu” kimi qərarlaşmışam. Sadəcə, mən səyahət etməyi xoşlayıram. Buna görə məzuniyyətimi Fransanın cənubunda keçirirəm”.

Qeyd edək ki, Almaniya və Hollandiya yığmaları B qrupunun oyunu çərçivəsində iyunun 13-də Xarkovda üzləşəcəklər.