Valentin Belkeviç: Azərbaycanda futbol və azarkeşlər özünəməxsusdur
20.05.2012 - 14:28
“Bakıdan elə bir vəziyyətdə təklif aldım ki, “İnter”in qarşısında ciddi vəzifə qoyulmuşdu. Bu, Çempionlar Liqasında mərhələ keçmək idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “İnter” klubunun sabiq futbolçusu Valentin Belkeviç deyib. Futbolçu karyerasını ölkəmizdə başa vuran 39 yaşlı yarımmüdafiəçi 4 il öncəki dövrü xatırlayıb.
Uzun illər çıxış etdiyi Kiyev “Dinamo”sundan gələn Belkeviçin sözlərinə görə, həmin vaxt Ukrayna çempionatında oynaya bilməyib: “Bunun bir sıra səbəbləri vardı. Mən “Dinamo”ya qarşı oynasaydım, azarkeşlər məni düzgün başa düşməyəcəkdilər. Elə mən də bunu istəmirdim”.
Valentik futbolumuzun özəlliklərindən danışıb: “Azərbaycanda futbol özünəməxsusdur. Elə azarkeşlər də. Karyeranın sonunda dönüş yaratmaq isə elə də asan deyil. Buna görə qərara gəldim ki, gec-tez karyeramı bitirəcəyəmsə, niyə indi yox?”.
Belarus yığmasının sabiq futbolçusu karyerası boyu mətbuatdan qaçmağına da aydınlıq gətirib: “Mən o vaxt hesab edirdim ki, futbolçunun işi oynamaqdır, bu haqda danışmaq yox. Mənə elə gəlirdi ki, kim ki çox danışır, bəhs edi, o, meydanda pis təsir bağışlayır”.
Qeyd edək ki, Belkeviç “İnter”də 2008�9 mövsümünün ilk dövrəsində oynayaraq, qışda ölkəmizdən gedib.

0
0