Foqtsun sevimli futbolçusu: Belə oyun faciədir
20.05.2012 - 16:49
Almaniya milli komandasının sabiq kapitanı Matias Zammer “Çelsi”nin Çempionlar Liqasının (ÇL) qalibi olmağına “ağız büzüb”. Apasport.az saytının məlumatına görə, milli komandamızın baş məşqçisi Berti Foqtsun sevimli futbolçularından olan 45 yaşlı keçmiş yarımmüdafiəçi London klubunun Avropanın ən nüfuzlu turnirində uğurunu layiqli saymır.
Almaniya Futbol İttifaqının idman direktoru “Çelsi”ni kəskin tənqid etməklə, onun Münhendə “Bavariya” üzərində qələbəsinə kölgə salıb: “Biz “Çelsi”ni təbrik edirik. Ancaq Çempionlar Liqasında qələbənin bu komandaya çatmağı ədalətsizlikdir. Əgər futbolun gələcəyi məhz belədirsə, komandanın oynadığı kimidirsə, bu, faciədir. “Bavariya” isə 3 dəfə 2-ci oldu”.
Münhenlilər titulsuz qaldığı cari mövsümdə ÇL ilə yanaşı, ölkə çempionatında və kubokunda 2-ci oldu.
Qeyd edək ki, Foqtsun rəhbərliyi altında 1996-cı ildə Avropa çempionu olan Matias həmin ildə Avropanın ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatına sahib çıxıb.

0
0