“Qalatasaray” 6 futbolçu ilə yollarını ayırdı
20.05.2012 - 17:33
Türkiyə Superliqasında son mövsümün qalibi olan “Qalatasaray”dan gedən futbolçular dəqiqləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Fatih Terim çempion heyətdən 6 futbolçunu növbəti mövsümdə sərəncamında görmək istəməyib. Bunlardan qapıçı Aykutla əslən Azərbaycandan olan müdafiəçi Sərvət Çətinin başa çatan müqavilələri uzadılmayıb.
Rəhbərlik müqavilələri olan yarımmüdafiəçilər - Çağlar Atan, ispaniyalı Albert Riera və hücumçular Sərcan Yıldırımla çexiyalı Milan Baroşu transferə çıxarıraraq, özlərinə yeni klub axtarmağı tapşırıb. Bu 4 oyunçunun satışı üçün uyğun şərtlər olmazsa, son çarə kimi icarəyə verilmələri gündəmə gələcək.

- Qvardiola İtaliyaya “yox” deməyə hazırlaşır – Maaş və istirahət...
- "Hall Siti" Premyer Liqaya hazırlaşır: Tarqettlə 2 illik müqavilə
- FTB Argentina Futbol Assosiasiyasının prezidentini Nyu-York aeroportunda saxlayıb
- Avropa Liqası: "Beşiktaş" meydana çıxır - YENİLƏNİR
- "Qalatasaray" gənc müdafiəçini istəyir – Meneceri ilə danışıqlar başladı
0
0