“Xəzər Lənkəran”ın sabiq legioneri üçün kubok və qırmızı vərəqə
20.05.2012 - 18:59
“Xəzər Lənkəran”ın belaruslu sabiq futbolçusu İqor Kovaleviç məşqçi kimi ilk titulunu qazanıb. Apasport.az saytının məlumatına görə, keçmiş müdafiəçinin çalışdırdığı “Naftan” bu gün “Dinamo” stadionunda “Minsk”lə keçirilən final oyununda Belarus kubokunun qalibi olub. O, Çempionlar Liqasının finalında olduğu kimi, buna oyun sonrası penaltilərlə nail olub.
“Naftan” 2:2 hesabı ilə nəticələnən əsas vaxtda 2 dəfə hesabda irəli çıxsa da, üstünlüyünü qoruya bilməyib. O, AZAL-ı ötən yay Avroliqadan kənarlaşdıram minskliləri onun meydanında penaltilərlə 4:3 hesabı ilə yenib. Bununla da Kovaleviçin komandası “Xəzər Lənkəran”ın çıxış edəcəyi Avroliqaya vəsiqə qazanaraq, klublarımıza potensial rəqib olub.
Ancaq matç baş məşqçi üçün uğurlu olmayıb. Belə ki, Kovaleviç hələ ilk hissədə rəqibin futbolçusuna kobudluğa görə sarı yox, qırımızı vərəqə verilməyini emosional şəkildə tələb edərək, meydana daxil olduğuna görə “texniki zona”dan qovulub.
Qeyd edək ki, belaruslu “Xəzər Lənkəran”ın debüt – 2004 5 mövsümünün ilk dövrəsində şərəfini qoruyub.

0
0