Fransada ardıcıl 4-cü il yeni çempion
21.05.2012 - 08:50
Fransada ardıcıl 4-cü ildir yeni çempion olur. Apasport.az saytının məlumatına görə, “Monpelye” tarixində ilk dəfə ölkə çempionluğunu qazanıb. Rene Jirarın baş məşqçisi olduğu komanda son turda “Oser”lə səfər oyununda 2:1 hesablı qələbə ilə istəyinə çatıb. Bununla da “Monpelye” 38 oyundan sonra 82 xalla ən yaxın izləyicisi PSJ-ni 3 xal qabaqlayıb.
Maraqlıdır ki, çempion yalnız 2009/10 mövsümündən yüksək liqada çıxış edirdi. “Monpelye”nin ən böyük uğuru 1989/90 mövsümündə ölkə kubokunu qazanmağı idi.
Qeyd edək ki, Azərbaycan klubları ilə avrokuboklarda görüşən “Monpelye” 1999-cu ildə “Qarabağ”ı İntertoto kubokunda mübarizədən kənarlaşdırıb.

0
0