“Xəzər Lənkəran” zəif rəqiblə oynayacaq!
21.05.2012 - 10:53
“Xəzər Lənkəran” zəif rəqiblə oynayacaq!
Avropa Liqasına I təsnifat mərhələsindən başlayacaq klubların siyahısı genişlənib. Apasport.az saytının məlumatına görə, turnirə vəsiqə qazanan yeni komandaların müəyyənləşməsi püşkatma zamanı istifadə olunacaq səbətlərin tərkibinə də təsir edib. Belə ki, artıq cəmi 5 klubun hansı səbətdə yer alacağı bilinmir.

Bu, Azərbaycan Premyer Liqasının vitse-çempionu “Xəzər Lənkəran”a da təsir edib. Belə ki, Yunis Hüseynovun yetirmələrinin də hansı səbətdə yer alacağı dəqiqləşib. Lənkəran təmsilçisi digər 2 Azərbaycan klubu “Bakı” və “İnter”lə yanaşı, səpələmişlər sırasına düşüb. Bu isə hər 3 təmsilçimizə nisbətən asan rəqib vəd edir.

I təsnifat mərhələsi

Səpələnmişlər: “Tvente” (Hollandiya), “Lex” (Polşa), “Rusenborq” (Norveç), “Elfsborq”, “Kalmar” (hər ikisi İsveç), “Aktobe” (Qazaxıstan), “Sent Patriks”, “Bohemians” (hər ikisi İrlandiya), “Bakı”, “İnter”, “Xəzər Lənkəran” (hamısı Azərbaycan), “Qomel” (Belarus), “Hafnarfyordur” (İslandiya), “Pünik” (Ermənitan), “Metallurq” (Latviya), “Banqor Siti” (Uels), “Suduva” (Litva), “Tirana”, “Şkendiya” (hər ikisi Albaniya), “Stabek” (Norveç), “Renova” (Makedoniya), “Osiyek” (Xorvatiya), “Levadiya” (Estoniya), “MyuPA”, “Kuopio” (hər ikisi Finlandiya), “Senisa” (Slovakiya), “Daçiya” (Moldova), “Borats” (Bosniya və Herseqovina), “Differdanj” (Lüksemburq), “Yaqodina” (Serbiya), “Birkirkara” (Malta), “Streymur” (Farer adaları), “Olimpiya” (Sloveniya), Çernoqoriya təmsilçisi, 3 qeyri-müəyyən

Səpələnməmişlər: “Zimbru” (Moldova), “Flyamurtari” (Albaniya), “Yuvaskulya” (Finlandiya), “Kliftonvill”, “Kruzaders”, “Portadaun” (hamısı Şimali İrlandiya), “Santa Koloma” (Andorra), “Dauqava” (Latviya), “Trans”, “Kalyu” (hər ikisi Estoniya), “Vestmannaeyar”, “Akyureyri” (hər ikisi İslandiya), “Floriana”, “Hibernian” (hər ikisi Malta), “Ordabası”, “Jetısu” (hər ikisi Qazaxıstan), “Runavik”, “Vikinqur” (hər ikisi Farer adaları), “Qandzasar”, “Şirak” (hər ikisi Ermənistan), “Llanelli”, “Kefn Druids” (hər ikisi Uels), “Selye” (Sloveniya), “Jeness”, “Qrevenmaxer” (Lüksemburq), “Teuta” (Albaniya), “La Fiorita” (San Marino), “Zeta” (Çernoqoriya), “Mura” (Sloveniya), “Torpedo” (Gürcüstan), “Eşen Mauren” (Lixtenşteyn), “Şaulyay” (Litva), , “Skonto” (Latviya), San-Marino və Çernoqoriya təmsilçiləri, 2 qeyri-müəyyən.

Qeyri-müəyyənlər: MTK (Macarıstan), “Metallurq” (Makedoniya), Macarıstan, Gürcüstan, Bosniya və Herseqovina təmsilçiləri