“Qəbələ” məşhurlarla danışıqlar aparır
21.05.2012 - 11:24
“Biz mövsümü bir oyuna, bir yaş qrupuna görə dəyərləndirmirik. Bütün yaş qruplarının çıxışına nəzər yetiririk”. Bu sözləri apasport.az saytına “Qəbələ” Futbol Akademiyasının direktoru Ali Yavaş deyib.
3 il əvvəl futbol akademiyasını yaradan və türkiyəli mütəxəssisləri dəvət edən “Qəbələ” rəhbərliyi düzgün yolda olduğunu ortaya qoyur. Klubun aşağı yaşlı komandalarının öz çempionatlarında favorit olması da buna sübutdur. Yavaş bildirib ki, növbəti illərdə daha yaxşı nəticələr qazanacaqlar: “Fəaliyyətimizin 3 ilini yekunlaşdırırıq. Nəticələrdən razıyıq. Burda uşaqların istedadlı olmasının, məşqçilərimizin düzgün təhsil vermələrinin, idarə heyətinin də faydalı işlər görməsinin rolu var. Növbəti illərdə daha yaxşı olacağını deyə bilərəm”.
Vaxtilə “Qalatasaray”ın futbol akademiyasına rəhbərlik etmiş Yavaş əsas məqsədlərinin istedadlı uşaqları düzgün istiqamətləndirmək olduğunu vurğulayıb: “Bizim işimiz çempion olmaq deyil, uşaqları düzgün yetişdirməkdir. Ancaq komandaların öz yaşıdları arasında çempion olmaları onların əməyinin və görülən işlərin bəhrəsidir. Əgər komanda çempion olursa, deməli, ən yaxşı oyunçular, məşqçilər bizdədir”.
Mayın sonunda keçiriləcək “I Qəbələ benəlxalq kuboku” haqda da danışan Yavaş ildən ilə daha güclü klubları yarışa dəvət edəcəklərini bildirib. O, bu məqsədlə Avropa nəhəngləri ilə təmasda olduqlarını gizlətməyib: “I Qəbələ beynəlxalq kuboku”na bu il start verəcəyik və bu ənənəvi olacaq. Yarış hər il eyni tarixdə keçiriləcək. Hollandiyadan “Feynoord”, İspaniyadan “Levante”, “Villareal”, Serbiya yığması, Türkiyədən “Qalatasaray” və Danimarkadan bir klub dəvət etmişik. Ancaq hər il başqa klubları dəvət edəcəyik. “Milan”, “Yuventus”, “Barselona”, Madrid “Real”i və “Atletiko”su, Almaniyadan “Borussiya” və “Bavariya” kimi klublarla danışıqlar aparırıq. Çox önəmli klubları dəvət edəcəyik”.

0
0